Vibrasiya qazması
qazma alətini titrədən (rəqs etdirən) vibrator tətbiqi ilə qazma üsulu. 20-30 metr dərinlikdəki yumşaq suxurlar bu üsula qazılarkən alət fırladılmır (vibrator qazma borularının yuxarı ucuna bərkidilir). V.q. geoloji kəşfiyat işlərində, dərin neft və qaz quyularının qazılmasında və s. tətbiq edilir.